Hepatit A


Xalq arasında "sarılıq" deyilir virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur.
Hepatit A xəstəliyinin simptomları: solğunluq,  ümumi halsızlıq, ürək bulantısı, iştahsızlıq temperatur və nəcisin ağarması sidik rənginin isə tündləşməsi. Gözlərin selikli qişasının sklerası saralır. Xəstə torpağ rəngində olur.

Diaqnostikası
Sidikdə öd piqmentlərinin təyini. Sidikdən götürülmüş nümunədə yodla sınaq: 1 damcı yodu sınaq şüşəsində sidiyin üzərinə axıdılır və sidiyin səthində yaşıl həlqə əmələ gəldikdə sarılıq (Hepatit A) təsdiqlənir.

Xəstəlikdən qorunma üsulları
Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır.
Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar.
Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.

Ümumi müalicə
Antioksidantlar
Hepatoprotektorlar
Qaraciyəri sirkulasiya üsulu ilə "təmizləyən" infuziyalar
Öd qovucular
Bədənin əvvəlki ümmun sistemini təmin etmək üçün vitaminlər (ən çox halda Vitamin C)

Pəhriz yolu ilə
Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı təsir göstərir.
Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir. Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət tə”sir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur. Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır. Bunun ardınca kərəviz, razyana, şüyüd suyunu (hər birindən 24q) qaynadıb ona 7.2q şirin badam yağı, 2.4q püstə yağı, 2.4q badam yağı qatıb yeyirlər.
Istilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.

mətnin yığılmasında bəzi mənbələrdən də istifadə olunmuşdur..

No comments:

Post a Comment