Reanimasiya (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal (bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemi. Terminal vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir.
Hepatit və Hamiləlik
Son zamanlar Hepatitlərin geniş yayılması hamilə qadınlar arasında bu məsələyə diqqəti artırmışdır. Hamiləlik zamanı Hepatit diaqnozu ilə üzləşən qadını öz sağlamlığından çox doğulacaq körpənin sağlamlığı, bu xəstəliyin onun inkişafına göstərə biləcəyi neqativ təsirlər və ən əsası körpənin yoluxub-yoluxmaması məsələsi narahat edir.
Şəkərli diabet
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır.
Vegetarian (Vegan) qidalanma - sağlamlığa gedən yol...
Vegetarian qidalanma bitki mənşəli qidalara əsaslanır. Bura - meyvə, tərəvəz, dənli bitkilər, paxlalı bitkilər (lobya, noxud, mərci) , qozlar və tumlar aiddir. Bitki mənşəli məhsulların tərkibində xolesterin yoxdur. Ümumilikdə götürdükdə isə onlar aşağı kalorili olub, yağlarla çox kasaddırlar.
Subscribe to:
Posts (Atom)